Qubada qarın hündürlüyü mərkəzdə 15-20, dağlarda isə 50 sm-dən yuxarı olub. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, ötən gecədən başlayaraq Şimal regionunda qarın yağması şiddətlənib. Qubada qarın hündürlüyü mərkəzdə 15-20, dağlarda isə 50 sm-dən yuxarı olub. Qarlı hava rayon ərazisindəki avtomobil yollarının buz bağlamasına səbəb olub. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Xüsusilə Quba-Qonaqkənd yolunun eniş və yoxuş hissələrində sürücülər böyük çətinliklərlə qarşılaşıblar. Quba 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov RTV-yə bildirib ki, idarənin balansında olan bütün avtomobil yollarına qum-duz qarışığı səpilib. Rayonun relyef baxımından ən əlverişsiz yolu sayılan 57 km-lik Quba-İspik-Xınalıq yolunda qardan təmizləmə işləri görülür. Quba regional hidrometeorologiya müəssəsindən aldığımız məlumata görə, qarlı və şaxtalı hava şəraiti dekabrın 13-dək davam edəcək.
Mənbə:Milli.Az