Qadin.NET / Putin: "Hərə üç uşaq doğsun"

Putin: "Hərə üç uşaq doğsun"

 

"Rusiya üçün üç uşaqlı ailə norma olmalıdır". Milli.Az Vesti.ru-a istinadən bildirir ki, bu fikirləri Rusiya Federasiyasının prezidenti Vadimir Putin səsləndirib. "2016-cı ildən sonra ana kapitalı proqramı haqqında düşünməliyik", - o əlavə edib. "Demoqraflar iddia edirlər ki, ikinci uşaq üçün verilən qərar, üçüncü uşaq üçün verilən qərarı asanlaşdırır. Əsas odur ki, ailələr belə addım atsınlar. Bəzi ekspertlərin tərəddüdlərinə baxmayaraq, mən əminəm ki, Rusiya ailəsi üçün üç uşaq norma olmalıdır!", - Rusiya prezidenti deyib. Prezident, həmçinin onu da qeyd edib ki, qadınlara elə şərait yaratmaq lazımdır ki, onlar ikinci və ya üçüncü uşaqdan sonra karyeralarından qorxmasınlar. 


Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK