Rusiyada məktəblilərə internetdən dərs keçiriləcək. Şagirdlər 5-ci sinifdən sonra bu dərslərə qatılacaqlar. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Moskva İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Artyom Yermolayev deyib. Onun sözlərinə görə, internet dərslərində uşaqlara digər bölmələrlə yanaşı, izah olunacaq ki, nəyə görə, internetdə və sosial şəbəkələrdə şəxsi şəkillər və informasiyalar yerləşdirmək olmaz. Kursun hazırlanmasında Google, Cisco Systems, Meqafon və digər şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Mənbə: Milli.Az