Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yaşayan Riz MakKinin dediyinə görə, 2012-ci ildə Honkonqda Yeni İli bayram edərkən tanış olduğu qızı hələ də unuda bilmir.O qızın adı Kitti idi.Rəqs gecəsində Kitti ilə tanış olan Riz o vaxtdan bəri qızı arayır. Facebook, Twitter və digər sosial şəbəkələrdə Kittini aramağa başlayan Riz xüsusi səhifələr, qruplar da yaratmışdı.
Sonucda o, axtardığı qızı tapıb. Amma...Milli.Az New Zealand Herald-a istinadən bildirir ki, bir il davam edən axtarışlara Facebook-da minlərlə, on minlərlə insan qatılıb. Sonucda Kitti tapılıb. Lakin qız müraciətləri oxuyan kimi sosial şəbəkələrdəki bütün profillərini bağlayıb, ləğv edib."O qızla rəqs edəndən sonra anladım ki, Kittisiz yaşaya bilmərəm. O qızı aramağa başladım. Məni ümidsiz romantik, hətta axmaq saya bilərsiniz. Lakin ötənilki romantik gecəni unutmaq istəmirəm, unuda bilmirəm. Əfsuslar olsun ki, Kittini tapanda o, mənə cavab vermədi. Əksinə, sosial mediadakı bütün profillərini qapatdı. Ümidimi itirmirəm. Bəlkə ürəyinə rəhm gəldi, mənə nə isə yazdı. Bu hadisədən sonra media da mənimlə maraqlanmağa başladı. Bir neçə telekanala dəvət alsam da, razılaşmadım. Hisslərimin məsxərəyə qoyulmasını istəmirəm", - Riz söyləyib.Ekspertlər 25 yaşlı Riz MakKinin davranışını yolverilməz sayırlar."Riz nə üçün düşünmür ki, o qız danışmaq istəmir?! Axı Kitti o görüşdən sonra başqa həyat yaşaya bilər. Məsələn, ərə gedə bilər, ana ola bilər. Riz anlamaq istəmir ki, əgər qız onun sorğularına cavab verməyibsə, deməli, onunla görüşmək istəmir. Riz öz fantaziyasını, təxəyyülünün qurbanı olan tənha gəncdir", - sosial media üzrə ekspert Den Uilton deyib.
Mənbə: Milli.Az