Qadin.NET / Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb

Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb

 

Azərbaycan paytaxtında Yəhudi Mədəniyyət Mərkəzinin və ölkədə ilk koşer restoranının tikintisi üçün torpaq sahəsi ayrılıb. Trend-in məlumatına görə, bu barədə "Jewish Telegraphic Agency" beynəlxalq informasiya agentliyinin yaydığı xəbərdə deyilir.Məlumatda bildirilir ki, Bakının rayonlarından birinin bələdiyyəsi ölkədə üç yəhudi cəmiyyətindən biri olan dağ yəhudilərinin dini icmasına üçmərtəbəli mədəniyyət mərkəzinin tikintisi üçün 600 kvadrat metrlik torpaq sahəsi ayırıb. Mərkəzin birinci mərtəbəsində koşer restoranı yerləşəcək.Dağ yəhudiləri dini icmasının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: "Mədəniyyət mərkəzinin açılışı Bakıda yəhudi icmasının həyatında əlamətdar hadisədir".

Azərbaycanda Avropa yəhudiləri icmasının baş ravvini Şneor Siqal Bakıda ciddi koşer restoranının olmadığı ilə bağlı JTA-nın məlumatını təsdiqləyib.Ümumdünya Yəhudi Konqresinin məlumatına görə, Azərbaycanda yaşayan yəhudilərin sayı 20 min nəfərə yaxındır ki, onların 75 faizi Bakıda yaşayır.

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK