Ulu öndər Heydər Əliyevin anım günü Gəncə gəncləri tərəfindən qeyri-adi şəkildə qeyd olundu. "Gənclik ONUN İmzasıdır" adlı layihə çərçivəsində 300 nəfərdən çox gəncin iştirakı ilə eni 17 metr, uzunluğu isə 40 metrdən ibarət ulu öndər Heydər Əliyevin ilk canlı imzası, dünyada isə ikinci böyük canlı imza yaradıldı.Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, anım günündə həyata keçirilən layihənin ikinci mərhələsində isə Azərbaycanı dünyaya tanıdan imza yaxın gələcəkdə dünyanın ən böyük canlı imzası olaraq yaradılacaq. Əsas məqsəd isə ulu öndər Heydər Əliyevin imzasını "Ginnesin Rekordlar kitabı"na dünyanın ən böyük canlı imzası kimi yazdırmaqdır. Həmçinin ən böyük canlı portretin yaradılması da nəzərdə tutulub."Gənclik Onun İmzasıdır" layihəsi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi. Layihə rəhbəri Tural İsaqovdur.
Mənbə: Milli.Az