Qadin.NET / Qadın və kişilər üçün gözəl kimdir?

Qadın və kişilər üçün gözəl kimdir?

 

Britaniyalı alimlər ideal qadın formulunu araşdırmağa çalışıblar. Bu məqsədlə kişilər və qadınlardan ibarət iki ayrı respodent qrupu formalaşdırılıb.Sonuclar yetərincə maraqlı olub. Belə ki, ideal qadın gözəlliyi ilə bağlı kişilərlə qadınlar arasında çox ciddi təsəvvür fərqləri var.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kişilərin fikrincə, ideal qadın Şakiranın saçlarına, Keyt Middltonun qaşlarına, Mila Kunisin gözlərinə, Cennifer Enistonun alnına, Miranda Kerrin burnuna, Ancelina Colinin dodaqlarına və yanaqlarına, Meqan Foksun çənəsinə malik olmalıdır.Qadınların fikrincə isə ideal xanımda Freda Pintonun saçları, Kara Deleveynin qaşları, Mila Kunisin gözləri, Bleyk Lavlinin burnu, Skarlet Yuhanssonun dodaqları, Kira Naytlinin yanaqları və Meqan Foksun çənəsi olmalıdır.

 

Qadın və kişilər üçün gözəl kimdir?


Qadın və kişilər üçün gözəl kimdir?

Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK