Azərbaycanda “Neftçi” və “Bakı” klublarının şərəfini qorumuş Vadim BretsMoldova millisinin baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin yığıncağında yığmaların çalışdırıcıları ilə bağlı qərar verilib.Qurum 37 yaşlı futbol veteranını Moldovanın U-16 və U-17 yığmalarının baş məşqçisi kimi təsdiqləyib. Futbolçu karyerasını 2012-ci ildə “Bakı”da başa vuran sabiq yarımmüdafiəçi bundan sonra 2 yığmada çalışacaq.Qeyd edək ki, 2005-ci ildə “Neftçi”yə transfer olunan Moldova yığmasının futbolçusu Çempionlar Liqasının “Anderlext”lə oyununda qələbə qolunu (1:0) vurmuşdu. 2008-ci ildə “ağ-qaralar”ı “Bakı”ya dəyişən yarımmüdafiəçi karyerasını bitirənədək oynadığı komandada Azərbaycan çempionu (2008/09) adını qazanıb və 2 dəfə kubokun (2009/10, 2011/12) sevincini yaşayıb.
Mənbə: Milli.Az