Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 12-dən 13-nə keçən gecə Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə şaxta proqnozlaşırılır, yollar buz bağlayacaq.Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günorta saatlarında küləyin sürəti nisbətən zəifləyəcək. Lakin yağıntılar davam edəcək, yağıntılar arabir sulu qar və qara keçəcək.Azərbaycanın rayonlarında yağıntılı, şaxtalı hava şəraiti sabah da davam edəcək. Azərbaycanın rayonlarında da yağıntı sulu qar və qara keçəcək.Dekabrın 13-də gecə Aran rayonlarında 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 15-20, yüksək dağlıq ərazilərdə isə 23 dərəcəyədək şaxta proqnozlaşdırılır.
Mənbə: Milli.Az