Qadin.NET / Azərbaycanda bu gecə ən çox qar hara yağdı?

Azərbaycanda bu gecə ən çox qar hara yağdı?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti, əsasən, yağmursuz keçib, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağmış, bəzi yerlərdə intensiv olub.Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, qar örtüyünün hündürlüyü: Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23, Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13, Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5, Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ, Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm olub.Külək: Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatmışdır.

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK