Qadin.NET / Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?

Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?

 

Anspress yazır ki, qanunun işləmə mexanizmi ilə bağlı bir sıra ciddi problemlər ortaya çıxır. Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu qanununun qəbul edilməsi vacibdir. Bir çox irsi genetik xəstəliklər, qan xəstəlikləri var ki, bunun qarşısının alınması üçün bu qanuna ehtiyac var. Qanunun işləməsi üçün isə vahid mexanizm yoxdur. Digər bir məsələ isə bununla bağlı fikir ayrılığının olmasıdır.Millət vəkili Musa Quliyev: “Bir qrup deputat bunun əleyhinədir. Onlar bunu əslində insanların azadlıqlarının əlindən alınması kimi qəbul edirlər. Amma bəziləri bunu düzgün bir hal kimi qəbul edirlər”.

Rəyini öyrəndiyimiz paytaxt sakinlərinin bir qismi də nikah qabağı icbari tibbi-genetik müayinəni insanların həyatına müdaxilə hesab edən millət vəkilləri ilə həmfikirdirlər. Amma bu qanunun müsbət nəticə verə biləcəyini düşünənlər də var. Yəqin ki, gələcək ailəsinin sağlamlığını düşünən hər bir vətəndaş bu qanunun nə qədər əhəmiyyətli olduğunun fərqində olar.

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK