ABŞ prezidentlərinin təyyarəsi olan "Air Force One"nın göyərtəsi reportyorlar üçün qapalı məkandır. Dövlət başçısının təyyarəsində çəkilişlərin aparılmasına icazə verilmir. Lakin Birləşmiş Ştatların dövlət başçısı Barak Obama bu yasağı pozub. Daha doğrusu, onun göstərişi ilə bu tabu müvəqqəti olaraq, aradan qaldırılmışdı.Tabunun pozulması Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandela ilə vida mərasiminə qatılmaq üçün Yohannesburqa yollanmış Barak Obama səmada olarkən baş verib.Milli.Az ABC-yə istinadən bildirir ki, "Air Force One" təyyarəsində CAR-a Barak və Mişel Obamalar ilə bahəm ABŞ-ın sabiq prezidenti Corc Buş və onun xanımı Lora Buş, keçmiş dövlət katibi Hillari Klinton da vardı.Təyyarədə olarkən onlar Barak Obamanın baş müşaviri Valeri Carrett, milli təhlükəsizlik məsələləri üzrə müşavir Syuzan Rays, baş prokuror Erik Holderlə birlikdə toplantı da keçiribdər.
Mənbə: Milli.Az