Qadin.NET / Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş turnir keçiriləcək

Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş turnir keçiriləcək

 

Dekabrın 18-20-də Azərbaycan Gimnastika Federasiyası yenidən eyni vaxtda üç növ üzrə - idman gimnastikası, akrobatika və tamblinq üzrə birləşdirilmiş turnir keçirəcək. Üç hissədən ibarət yarışlarda 94 idmançı iştirak edəcək.Trend-in məlumatına görə, gimnastlar paytaxtın beş idman cəmiyyətini - Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayon İdman Məktəbi, "Neftçi" və "Təhsil" idman klublarını təmsil edəcəklər.Yarışların ilk gününün səhər və günorta sessiyalarında idman gimnastları mübarizə aparacaq, axşam isə ölkənin yeni çempionunun adı məlum olacaq. Akrobatlara və hündürlüyə tullananlara gəldikdə isə, qaliblər turnirin son günü məlum olacaq. Nümunəvi nömrələrlə çıxış edəcək batut ustaları da öz məharətlərini bakılı tamaşaçılar qarşısında nümayiş etdirəcəklər.Beynəlxalq dərəcəli əcnəbi hakimlərin birləşdirilmiş gimnastika turnirinə dəvət edilmələri ənənəvi hal alıb. Dəvət olunan hakimlər beşliyinə Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, latviyalı hakim Arturs Mitskeviç və Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin yeni seçilmiş nümayəndəsi, xorvat Mario Vukoja da var.Azərbaycan Gimnastika Federasiyası artıq belə yarışların keçirilməsində təcrübəyə malikdir. Sonuncu belə turnir bu yay keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb.Saat 9:30-da (18 dekabr) və 12:00-da (19-20 dekabr) başlayacaq yarışlar Şağan Olimpiya İdman Kompleksində (ünvan: Şağan qəsəbəsi, N.Məmmədova küçəsi, 1Рђ) keçiriləcək.
Mənbə: Milli.AZ
12 dekabr 2013
GO BACK