Qadin.NET / Ermənilərin hava xəyanətinin kiçik tarixçəsi

Ermənilərin hava xəyanətinin kiçik tarixçəsi

 

O vaxtkı hakimiyyətin Azərbaycanla Ermənistan arasında münaqişənin başladığı bir vaxtda Ermənistana qəbul edilmədiyi halda, 78 nəfəri kömək üçün göndərməsinin səbəbi hələ də məlum deyil.Təkcə bir faktı qeyd etmək kifayətdir ki, hadisənin baş verdiyi Spitak rayonunun rəhbərliyinin bilavasitə iştirakı ilə silahlı dəstələrin azərbaycanlı əhalinin evlərinə basqınlar etməsi nəticəsində 40-dan çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi.Anspress yazır ki, 30 saniyə ərzində davam edən 8 bal gücündə zəlzələ Spitak şəhərini alt-üst elədi. 25 mindən çox insan ölür, Spitak şəhəri yerlə yeksan olur. Bu o dövr idi ki, Azərbaycanla Ermənistan arasında münaqişə artıq çoxdan ciddi xarakter almağa başlamışdı. Həmin ilin əvvəlində azərbaycanlı qaçqınların ilk dəstəsi ölkəmizə pənah gətirmişdi.Azərbaycanlıların Ermənistandan deportasiya olunmasına baxmayaraq, o vaxtkı Azərbaycan hökuməti qonşu ölkəyə yardımını əsirgəmədi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov özünü beynəlmiləlçi kimi göstərməyə çalışaraq ölkənin müxtəlif peşə sahiblərindən ibarət 78 nəfərlik heyəti il 76 təyyarəsi ilə Ermənistana yola salır. Amma göndərilən yardım heyəti mənzil başına çatmadan, faciənin bir hissəsinə çevrilir.Babaxanova Əzizə həyat yoldaşı Bəhramı məhz həmin hadisədə itirib. 25 il keçməsinə baxmayaraq, Əzizə xanım kimi digər faciə qurbanlarının yaxınlarını üzən məqam təkcə onların həlak olmuş ərləri, qardaşları və digər yaxınları deyil, həmçinin onları anmaq üçün hər hansı bir xatirə lövhəsinin olmamasıdır. Halbuki Əzizə xanım heç Bəhramı evdən belə yola sala bilməmişdi.Faciə qurbanlarının yaxınlarının sözlərinə görə, onlar əzizlərinin meyitlərini də görə bilməyiblər. Çünki cəsədlər tam olaraq külə çevrilibmiş. Evlərinə göndərilən tabutların açılmasına isə icazə verilməyib. Ona görə də Gülnaz xanım hələ də qaynı Rzanın öldüyünə inanmır.Maraqlı məqam odur ki, Ermənistan dövləti o vaxtkı Azərbaycan hökumətindən heç bir yardım istəməmişdi. Ona görə də Gülnaz və Əzizə xanım kimi qohumunu, yoldaşını, oğlunu itirənlər bu cür say-seçmə peşə sahiblərinin zəlzələ bölgəsinə göndərilməsi və dağa çırpılaraq qəzaya uğraması fikri ilə barışmır və nə vaxtsa həqiqətlərin üzə çıxacağına ümid edirlər. Əslində təyyarənin qəzaya uğrama səbəbi də bu günə qədər qaranlıq qalıb. Bəzi məlumatlarda dispetçerlərin təyyarəni yanlış istiqamətləndirdiyi , bəzi ehtimallarda isə təyyarənin ermənilər tərəfindən vurulduğu bildirilir. Qəzadan möcüzə nəticəsində yalnız bir nəfər Fəxrəddin Balayev sağ çıxmışdı, o da iki il əvvəl dünyasın dəyişib.Ölən 78 nəfərə isə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.

Mənbə: Milli.AZ

12 dekabr 2013
GO BACK