Qadin.NET / AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı

AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı

 

Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda milli komandaların baş məşqçiləri təsdiqlənib. Əsas yığmanın “sükanı arxasında” olan İon Karasın postunda qalmasına qərar verilib.Mütəxəssis müqaviləsi uzadıldıqdan sonra ilk müsahibəsində planlarını açıqlayıb. O bildirib ki, yanvarın 12-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yola düşəcək komandası 3 gün sonra Norveç, 20-də isə Polşa ilə yoldaşlıq oyunu keçirəcək.Hərçənd sonuncular həmin tarixdə Azərbaycan millisi ilə görüşmək istəyirdi. Hətta bununla bağlı AFFA ilə danışıqlar aparan polşalılar bizimkilərdən cavab gözləyirdi. Görünür, bu tərəddüd onların Moldova ilə razılığa gəlməsi ilə nəticələnib.Əvəzində yığmamız yanvarda BƏƏ-yə yollanacağı halda elə Moldova ilə görüşə bilər. Avro-2016-nın seçmə mərhələsində millimizlə qarşılaşa bilməyən (eyni səbətdə olduqları üçün) rəqiblə görüşmək AFFA-nın da maraqlarına uyğundur. Çünki qurum rəhbərliyi gələcək rəqiblə oynamağımızın əleyhinə olduğunu vurğulayıb.

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK