Milli.Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün səhər saat 6 radələrindən başlayaraq Gəncəyə ilk qar yağıb. Bir neçə saat içində yer tamamilə ağ örpəyə bürünüb. Lakin havanın o qədər də şaxtalı olmaması avtomobillərin hərəkətinin intensiv olduğu yollarda qarın əriməsi ilə müşahidə olunub. Bəzi yollar isə hərəkət üçün təhlükəli sayılır. Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, səhər saatlarında şəhər ərazisində havanın temperaturu -1 dərəcə təşkil edib və qar 2 sm qalınlığında yağıb. Müəssisədən o da bildirilib ki, yağmurlu və qeyri-sabit hava şəraiti Gəncədə, eləcə də qərb bölgəsində dekabrın 14-dək davam edəcək.
Mənbə: Milli.Az