Qadin.NET / "Arsenal"ın baş məşqçisi: ""Napoli"yə yazığım gəldi"

"Arsenal"ın baş məşqçisi: ""Napoli"yə yazığım gəldi"

 

Çempionlar Liqasının qrup mərhələsindəki son oyunda “Arsenal” səfərdə “Napoli”yə (2:0) məğlub olub. Apasport.az saytının məlumatına görə, bu matçdan sonra mətbuata açıqlama verən İngiltərə klubunun baş məşqçisiArsen Venger rəqibə yazığı gəldiyini deyib: “Çətin qrupda idik və 3 komanda 12 xalla bu mərhələni başa vurdu. Bu komandalardan biri mübarizəni dayandırmalı idi. “Napoli”yə yazığım gəldi. Oyuna biz daha yaxşı başlamışdıq, amma ikinci yarıda fiziki cəhətdən zəiflədik. Onlar yaxşı mübarizə apardılar, amma sonda gülən tərəf biz olduq”.Qeyd edək ki, ÇL-in F qrupunda keçirilə qarşılaşmada İtaliya təmsilçisi “Arsenal”ı məğlub etsə də, 3-cü yerdə qərarlaşıb və növbəti mərhələyə adlaya bilməyib. “Borussiya” birici, “Arsenal” da qrup ikincisi olaraq 1/8 finala vəsiqə qazanıb. “Napoli” isə 3-cü olaraq mübarizəsinə Avropa Liqasında davam edəcək. 

Mənbə: Milli.AZ

12 dekabr 2013
GO BACK