Qadin.NET / Davudoğlunun Ermənistana səfərdədir

Davudoğlunun Ermənistana səfərdədir

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirakı region dövlətlərinin liderləri arasında dialoq üçün zəmin yarada bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada belə deyilir. Açıqlamada qeyd olunur ki, Davudoğlunun Yerevana səfəri Ermənistan və Türkiyə münasibətlərində də müsbət irəliləyişə səbəb ola bilər. Qeyd edək ki, bu gün Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK