Qadin.NET / Azərbaycan taekvondoçularının beynəlxalq turnirdə rəqibləri məlum oldu

Azərbaycan taekvondoçularının beynəlxalq turnirdə rəqibləri məlum oldu

 

İngiltərənin Mançester şəhərində dekabrın 13-də start veriləcək Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, 5 taekvondoçu ilə yarışa qatılacaq millimizin üzvərinin rəqibləri bəlli olub.Belə ki, turnirin ilk günü Radik İsayev (+80 kq), növbəti gün isə Mikayıl Əliyev (-58 kq), Ramin Əzizov (-80 kq) və Fəridə Əzizova (-67 kq) yarışa qatılacaqlar. Qran-Prinin son günü millinin digər üzvü Günay Ağakişiyeva(-57 kq) qüvvəsini sınayacaq.Xatırladaq ki, Qran-Pri turnirində yüksək yerləri tutmuş taekvondoçular müvafiq olaraq reytinq xallarını 80 (I yer), 60 (II yer) və 40 xal (III yer) artırmış olacaqlar.
Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK