Əlverişsiz və qarlı hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur. Bu barədə Trend-ə aeroportdan bildiriblər. Bakıya gələn və paytaxtdan uçan bütün aviareyslər cədvələ uyğun həyata keçirilir.Aeroportdan deyiblər ki, hava şəraiti aviareyslərin həyata keçirilməsinə təsir etməyib: "Bütün reyslər müəyyən edilmiş qrafikə uyğun həyata keçirilir".
Mənbə: Milli.Az