Qadin.NET / Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib

Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib

 

Dekabrın 11-də Heydər Əliyev Mərkəzində Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin təqdimatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziriMikayıl Cabbarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, görkəmli, ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.Simfonik orkestr Rusiya Federasiyasının xalq artisti Dmitri Lissin dirijorluğu ilə tanınmış Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərini ifa edib. Dirijorun sözlərinə görə, bu əsərlər Heydər Əliyevin sevdiyi musiqilər idi.Konsert proqramında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin əsərləri səsləndirilib. Tamaşaçılara, həmçinin dünya klassikası - İohannes Brams, Frans Vaksman, Vinçenso Bellini, Cakomo Puççini, Pyotr Çaykovski, Sergey Raxmaninov və Georgi Sviridovun ölməz əsərləri təqdim olunub.
Proqramda orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının xalq artistiSamir Cəfərov, əməkdar artisti Aygün Zeynalova, solist Afaq Abbasovavə skripkaçı Elvin Qəniyev çıxış ediblər.Qeyd edək ki, P.Çaykovski adına Böyük Simfonik Orkestr 1930-cu ildə radioda klassik musiqi translyasiyası məqsədilə yaradılıb. 1974-cü ildə SSRİ xalq artisti Vladimir Fedoseyev orkestrə bədii rəhbər və baş dirijor təyin olunub. Artıq 40 ilə yaxındır ki, V.Fedoseyevin rəhbərliyi altında çalışan orkestr dünyanın müxtəlif ölkələrində qastrollarda olub, beynəlxalq festivallarda çıxış edib.
Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib

Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib
Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK