12 dekabr - ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Misirin nüfuzlu "Əxbar əl-yaum" internet səhifəsində Vardə Huseyninin məqaləsi dərc edilib. Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, V.Hüseyni Azərbaycan xalqının 12 dekabr tarixində ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünü qeyd etdiyi, 1994-cü ildə H.Əliyevin Misirə səfəri ilə Azəraycanla Misir arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığı barədə məlumat verib. 2008-ci ilin fevral ayında Misirin Qalyubiyya bölgəsinin Qanatır şəhərində Heydər Əliyev küçəsində açılmış Azərbaycan-Misir dostluq parkının Azərbaycan və Misir xalqlarının dostluq əlaqələrinin rəmzi sayıldığını qeyd edən müəllif, həmçinin adıçəkilən parkda ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldığını və bunun xalqın ona təqdir və ehtiramını əks etdirdiyini bildirib. Sovet İttifaqı dağıldıqdan sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanda vəziyyətin çətinliyindən, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı düşmən və işgalçı mövqeyi, digər tərəfdən də sovet iqtisadi quruluşunun dagılmasından təsirlənən ölkənin iqtisadi böhran yaşamasından söz açan müəllif 1993-cü ildə ölkəni bu böhrandan cıxarmaq üçün xalqın tələbi ilə H.Əliyevin hakimiyyətə qayıdışını və onun müdrik siyasəti ilə ölkənin parlaq gələcəyə dogru addımladığını və qısa zaman ərzində dövlətin əsaslarının gücləndirildiyini, Ermənistanla müharibənin dayandırıldığını, "Əsrin müqaviləsi"nin imzalandığını və surətli inkişaf nəticəsində yüksək nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Məqalədə H.Əliyevin Azərbaycan xalqının düşüncəsində və xatirəsində öz əbədi əməlləri və nailiyyətləri ilə yaşayacağı, hər bir xalqın iftixar duydugu bir rəmzi olduğu kimi, H.Əliyevin də Azərbaycanın rəmzi sayıldığı bildirilib.
Mənbə: Trend.Az