Qadin.NET / Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı

Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı

 

Milli.Az Rusiya mətbuatına istinadən bu həftə Çempionlar Liqasında yaşanan maraqlı məqamları təqdim edir İstanbulun havasına "Türk Telekom Arena"nı ağ örtüyə bürümək üçün cəmi 8 dəqiqə bəs elədi. Nəticədə "Qalatasaray" - "Yuventus" oyunu 31-ci dəqiqədə dayandırıldı. Bu iki klubun bir-biriylə oyunu artıq üçüncü dəfədir ki, təxirə salınır. 1998-ci ildə Türkiyə və İtaliya arasında diplomatik münasibətlərin korlanması səbəbilə oyun bir həftə təxirə salındı. 2003-cü ildə isə İstanbulda terror səbəbindən qarşılaşma yenə bir həftə gecikdirildi. 
 Rayan Giqqz Çempionlar Liqasında oynayan onuncu 40 yaşlı futbolçu oldu. 

"Mançester Siti" 39 ilin rekordunu qırdı: o, səfərdə "Bavariya"nı 0:2 hesabından sonra udan birinci komanda oldu. Sonuncu dəfə belə nəticəni 1975-ci ilin yanvarında "Kikkers Offenbax" göstərmişdi. 
"Real Madrid" Çempionlar Liqasında 800 qol vuran klub oldu. Yubiley qolunuKriştianu Ronaldu vurdu. Klubun ən yaxın izləyicisi "Baravariya"dır (542 qol), üçüncü yer isə "Barselona"nındır (487 qol).  
Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində 9 qol vurmaqla yeni rekord əldə etdi. 8 qolla Zlatan İbrahimoviç, Ernan Krespo, Rud Van Nistelroy və Filippo İnzagi ikinci yerdədirlər. 
"Real Madrid" avrokuboklarda qol seriyasını 31 oyuna çatdırdı. Bununla "Barselona"nın 30 qələbəlik seriyasını qırdı. 
İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsində ən çox oynayan futbolçu oldu - 8115 dəqiqə. O, bu göstərici ilə Raul Qonsalesi (8050) keçdi.
"Real Madrid" Çempionlar Liqasının qrup mərhələsindəki qol sayını təkrarladı (20 qol). Əvvəllər bu göstərici "Mançester Yunayted" (1998/99) və "Barselona"ya (2011/12) məxsus idi. 
"Anderlext" Çempionlar Liqasının tarixində üç oyunçusu qırmızı vərəqə alan yeganə komanda oldu. Qolkiper Silvio Proto qırmızı vərəqə alıb meydandan çıxandan sonra onu forvard Aleksandr Mitroviç əvəzlədi - məşqçinin, sadəcə, başqa ehtiyatı qalmamışdı. 
Manuel Pelleqrininin komandası ilk dəfə Xosep Qvardiolanın komandasına qalib gəldi ("Bavariya" - "Mançester Siti" - 2:3). Bu vaxtadək çilili Pepi nə "Real Madrid"də, nə "Malaqa"da udmamışdı. Həmçinin "Bavariya"nın ÇL-də 10 oyunluq qələbə seriyası da qırıldı. 
"Bavariya" 2011-ci ilin martından bəri evində 3 qol buraxmamışdı. O vaxt "İnter" münhenliləri 3:2 hesabı ilə məğlub etmişdi. 
"Mançester Siti" "Bavariya"ya 4-cü qolu vursa idi, D qrupundan əla nəticə ilə çıxardı. Serxio Aqueronu niyə meydana buraxmadığını açıqlayan baş məşqçi Manuel Pelleqrini etiraf edib ki, "Siti"nin 5:2 hesabı ilə qalib gəlməli olduğunu düşünürmüş. Lakin bu, "Siti"yə LÇ-nin tarixində yaxşı göstərici ilə ikinci olmağa imkan verib - 15 xal. 
Akinfeyev ÇL-in antirekordunu qazanıb - 21 oyun ardıcıl olaraq qapısından qol buraxıb. İkinci  yerdə PSV-nin qolkiperi Ronald Vattersdir. O, ÇL-in 16 oyununda ardıcıl olaraq qapısını qoruya bilməyib. 
Əhməd Musa MOİK-in (CSKA) bu ilin avqustundan davam edən 18 qolsuz seriyasını qırıb. "Olimpiakos" "Anderlext"in qapısına 3 penalti vuruşu qazanıb və yalnız onlardan birini gerçəkləşdirib. Sonuncu dəfə ÇL-də bir oyunda üç penalti 2010-cu ildə təyin olunub ("Tottenhem" - "Tvente" - 4:1). Bir oyunda iki 11-metrlik isə 2009-cu ildə qapıçı tərəfindən dəf edilib ("Bordo" - "Bavariya" - 2:1).

Mənbə: Milli.Az

12 dekabr 2013
GO BACK