"Fasilədə UEFA nümayəndəsinə dedim ki, oyunu davam etdirmək olmaz.Didye Droqba dedi ki, hər iki komanda bərabər səviyyədədir. Amma mən etiraz etdim - biz futbol oynamağa çalışırdıq.
Mən deyərdim ki, bizim əsas səhvimiz o idi ki, özümüz-özümüzü bu vəziyyətə çatdırdıq.
Sahə öz oyunumuzu göstərməyə imkan vermədi. Ona göorə bizim qrupdan atılmağımızı şəxsən mən ədalətsiz hesab edirəm. Ancaq özümüz günahkarıq.
İndi biz A seriyası barədə düşünməliyik. Sonra isə Avroliqa olacaq.
Bizi finalda gözləyirsiniz? Mən belə nikbin deyiləm.
Təkrar edirəm, taleyimizi son matça buraxmamalıydıq".
İstanbul "Qalatasaray"ının baş məşqçisi Roberto Mançini:
"Belə şəraitdə oynamaq çətin idi, bəlkə də, oyunu başqa vaxta keçirmək daha yaxşı olardı. Bu barədə oyundan əvvəl demişdim. Oyuna gəldikdə isə o, açıq idi, biz qələbəyə layiq idik, çünki ikinci hissədə daha aqressiv oynayırdıq.
Dünən buz təbəqəsi əmələ gəldiyindən davam etmək olmazdı, bu gün isə ikinci hissədən sonra oyunu saxlamaq məntiqsiz olardı. Ümumilikdə isə Konte ilə razıyam: bu futbol deyil. "Real"dan evdə aldığımız 1:6 hesablı məğlubiyyətdən sonra durumumuz çox çətin idi, amma nəticədə Turində 1 xal aldıq, burada da qələbə qazandıq. "Qalatasaray" pley-offa çıxmağa layiqdir".
"Qalatasaray"ın yarımmüdafiəçisi Felipe Melo:
""Yuventus"a böyük hörmətim var və yalnız ona görə xoşbəxtəm ki, mənim komandam qələbə qazana bildi.
Bilirdik ki, turinlilərə qalib gələ bilərik və oyuna da bu fikirlə çıxdıq. Yaxşı oynadıq, qələbəni haqq etdik.
Futbolu əvvəlcədən "görmək" mümkün deyil, kimin qalib olacağını bilmək çətindir. Ona görə italyan jurnalistlər bizim komandaya daha hörmətlə yanaşsaydılar, daha yaxşı olardı.
Püşkatma keçiriləndə Corriere dello Sport "Qalatasaray" və "Kopenhagen"i "Yuventus" üçün "şirin cütlük" adlandırmışdı".
"Yuventus"un müdafiəçisi Corcio Kyellini:
"Bu gün Turindəki və Kopenhagendəki səhvlərimizə görə cavab verdik. Son oyundan əvvəl pley-offa vəsiqəni təmin etməli idik. Hamımız məyusuq, çünki Çempionlar Liqasının qrupundan çıxmaq bu mövsüm qarşımıza qoyulan vəzifə idi. İndi ötən il Avroliqanı qazanan "Çelsi"dən nümunə götürməliyik.
Ancaq həmin turnirin finalından indi danışmaq hələ tezdir".
"Qalatasaray"ın qolkiperi Fernando Muslera:
""Yuventus" üzərində qələbə DÇ-2014-də İtaliya ilə görüşdən öncəki əla qəlyanaltı kimidir. Onların yığması Uruqvayla bir qrupa düşüb. Bilirdik ki, bu gün birinci səhv edən komanda uduzacaq. Ola bilsin, bu, elə də gözəl matç deyildi. Qar səbəbindən oyunçuların çoxu sahədə yıxılırdı, yaxşı ki, yıxılanda məni vurub yerə sərmədilər".
Mənbə: Milli.Az