Qadin.NET / Günün ulduz falı - 12.12.2013

Günün ulduz falı - 12.12.2013

 

Qoç - hadisələr əvvəlcədən hazırlanmış plan üzrə inkişaf etmir. Proseslərdə səhihliyi yəqin etməyincə konkret addım atmayın. Özü hərəkət etməyən olaya maneə yaratmayın. Qəfil üstünlükləri aşkarlayaraq irəliləyin. Günün ikinci yarısında yalnız səhvlərin nəticələrinin aradan qaldırılmasında təşəbbüskar olun. Münaqişələri yoluna qoymağa çalışın. Gərginliyin artdığı situasiyalarda neytral, təmkinli olun. Axşam saatlarında maliyyə məsələlərini müzakirə etmək olar.
 Buğa - çətinliklərə rəğmən iradəli və təmkinli olun. Qüvvələrinizi qoruyun. İşlər öz axarındadır. Onlara, sadəcə, dürüst yön verin. Həddən artıq intensiv çalışmağa ehtiyac yoxdur. Tələsik işin nəticəsi pis olacaq. Günün ikinci yarısında gələn həftə ilə bağlı planlar qurmaq olar. Hələlik isə cari işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin. Mühüm olayın aktiv iştirakçısı olmaq fikrindən vaz keçin. Prioritetlərin dəyişməsi, yeni məşğuliyyətlər arayışı istisna deyil. Tələsməyin, əlavə məlumat arayın.
Əkizlər - konkret planlarınız varsa, görüşlər perspektivlidir. Şəxsi münasibətlərdə təşəbbüslər üçün yaxşı gün deyil. Məsafə saxlayın, münasibətləri aydınlaşdırmağa çalışmayın. Günün ikinci yarısı mürəkkəb intellektual məsələlərin həlli, yarımçıq işlərin başa çatdırılması, qayda yaradılması üçün əlverişlidir. Simvolik proseslərdə xeyir ola bilər. Yaranan imkanları əldən verməyin.
Xərçəng - ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Gərəkli nəticələrə gəlin. Proseslərin emosional mahiyyətini dərk etməyə çalışın. Gün stabil olmayacaq. Təşəbbüslər və hisslər burulğanındakı addımlar məsləhət deyil. Günün ikinci yarısında müqavilələr imzalamaq, anlaşmalarla bağlı müzakirə aparmaq üçün əlverişli zaman deyil. Ciddi məsələni ehtiyatla, yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alaraq həll edin. Axşam saatlarında aktiv əyləncə və dost məclisi zamanıdır.
Şir - gərgin ünsürlərin və təmayüllərin təsiri nəticəsində indiyədək qapalı qalan məqamlar əyan ola bilər. Münaqişə situasiyası, münasibətlərdə gözlənilməz dönüşlər yaranır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyəti kəskinləşdirməyin. Kompromis həllərə hazır olun. Günün ikinci yarısında səbrsiz və impulsiv davranış fəaliyyətinizin nəticələrinə pis təsir edəcək. Səfər və ya səyahətdə risk artır. Texnika ilə davranışda ehtiyatlı olun. Axşam saatlarında intellektual fəaliyyətlə məşğul ola bilərsiniz. Dəqiq həll variantları tapın.
Qız - gərgin, qarışıq və laübəli gündür. Hadisələr təxminlənməsi çətin məcrada inkişaf edir. Çoxdan saxlanan emosiyalar maneəsiz güclənir. Daxili müdafiə sistemləri isə gərək olanda işləmirlər. Emosional davranmayın, qəzəbli açıqlamalar verməyin. Problem sizin reaksiyanız qədər ciddi deyil. Günün ikinci yarısında diqqətli olun, amma inad etməyin. İndi güzəştə getmək, kompromisdən çəkinməmək zamanıdır. Mövqeləriniz möhkəmlənənə qədər sayıq davranın.
Tərəzi - ciddi işgüzar və şəxsi məsələlərə vaxt ayırın. Tərəfdaşların mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın. Yaşamınızda və münasibətlərinizdə hansısa məqam ağırlaşa bilər. Sədləri sakitcə aradan qaldırın, münasibətləri korlamayın. Günün ikinci yarısında yaşana biləcək xoşagəlməz hadisənin kökü tərəfdaşın özünə əmin olmaması, özünü sığortalamaq istəyidir. Bədxahların təxribatlarını cavabsız qoyun. Enerjinizdən daha rasional yararlanın.
Əqrəb - mühüm məsələ sual altındadır. Emosional gərginliyə rəğmən sakit çalışın. Yaxın ətrafınızdakı adamlardan birinin təxribatına uymayın. Münaqişəyə cəlb olunmağınıza imkan verməyin. Gərəksiz insanla münasibətlərdən, sizi ağırlaşdıran hisslərdən qurtulun. Yaxın bildiyiniz insanla mühüm söhbət olmalıdır. Əlaqələrə daha çox müəyyənlik gətirin. Günün ikinci yarısında ev işləri ilə də məşğul olmaq gərəkdir.
Alış-verişdə çox pul xərcləməyin. Yaşam arealında estetik dəyişikliklər edin.
Oxatan - yaranmış situasiyalarda sürətli və dəqiq reaksiyanız olmalıdır. Fəaliyyətinizdə intizamlı olun. Sədlər və maneələrə rəğmən, irəliyə doğru hərəkət edin. Sizinlə eyni "dalğa"dakı insanlar yanınızda olacaq. Günün ikinci yarısında aldığınız xəbərə reaksiya və ya cavabda tələsməyin. Təcili görüləsi işi bitirin. Yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var.
İfrata varmayın. Vədləri yerinə yetirin.
Oğlaq - maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var.
Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın. Qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın.
Dolça - cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın. Maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin. Anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın.
Balıqlar - günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər. Günün ikinci yarısında səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq.
Səylərinizi stabilliyin qorunmasına yönəldin.
Mənbə: Milli.Az
12 dekabr 2013
GO BACK