Qadin.NET / Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

 

Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari il dekabrın 1-nə Azərbaycanda 934,8 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 918,3 min hektarda dən üçün payızlıq bitkilər səpilib. Dən üçün payızlıq bitkilərin 616,7 min hektarını (67,2 faizi) buğda, 301,6 min hektarını (32,8 faizini) isə arpa təşkil edib.2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 3,2 faiz, o cümlədən arpanın əkin sahəsi 11,4 faiz artıb, buğdanın əkin sahəsi isə 0,4 faiz azalıb. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

 

2013-cü il (yanvar-noyabr)

2012-ci il (yanvar-noyabr)

2013-cü il 2012-ci ilə nisbətən, %-lə

Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar

934 811

900 069

103,9

o cümlədən dən üçün

918 296

890 041

103,2

ondan:

     

buğda

616 675

619 343

99,6

arpa

301 562

270 673

111,4

Mənbə: Trend.Az

11 dekabr 2013
GO BACK