Qadin.NET / Bitcoinlar hakerləri fəallaşdırıb

Bitcoinlar hakerləri fəallaşdırıb

 

Ekspertlər bildirirlər ki, bitcoin kriptovalyutasının uğuru nəticəsində kiberhücumların sayı artıb. Milli.Az ICTnews-a istinadən bildirir ki, hücumçular qurbanlarının kompüterlərini bloklayaraq onlardan girov tələb edirlər. McAfee şirkətinin hesabatına görə, pul qoparmaq niyyəti və kompüter məlumatlarının şifrlənməsi məqsədi ilə həyata keçirilən hücumların sayında son iki ilyarım ərzində onqat artım qeydə alınıb. Belə ki, ötən rübdə kibercinayətkarların pul qoparmaq niyyəti ilə həyata keçirdiyi 300 minə yaxım insident qeydə alınıb. Hakerlərin bitcoinlara marağının səbəbi bu kriptovalyuta axınını, klassik valyuta tranzaksiyalardan fərqli olaraq izləməyin daha çətin olmasıdır. Virtual valyuta adi pula çevrilənədək anonim olaraq qalır. Hazırda bitcoinin məzənnəsi 1000 dolları aşıb.

 

Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK