Qadin.NET / Ukrayna prezidentindən çağırış

Ukrayna prezidentindən çağırış

 

Ukrayna prezidenti Viktor Yanukoviç ümummilli "dəyirmi masa" çərçivəsində müxalifət və ictimaiyyət nümayəndələrini dialoqa dəvət edib. Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu barədə bəyanatı V.Yanukoviçin mətbuat xidməti yayıb. Prezidentin bəyanatında deyir: "Mən dəfələrlə demişəm ki, yeganə yol barış və anlayış yoludur. Bütün siyasi qüvvələrin nümayəndələrini, müqəddəs ataları, ictimaiyyət nümayəndələrini ümummilli dialoqa dəvət edirəm. Mən şəxsən belə "dəyirmi masa"da iştirak etməyə hazıram". V.Yanukoviç müxalifəti qarşıdurma və ultimatum yolundan çəkinməyə çağırıb: "Sizi əmin edirəm ki, hakimiyyət yalnız qanun çərçivəsində hərəkət edəcək və heç vaxt dinc yığıncaqlara qarşı güc tətbiq etməyəcək. Ukrayna prezidenti və Konstitusiyanın qarantı kimi ölkənin normal fəaliyyət göstərməsi, hər bir vətəndaşın hüquq və maraqlarının müdafiə edilməsi ölkəmizdə sülh və əmin-amanlığın təmin edilməsi üçün hər şey edəcəyəm".

 

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK