Qadin.NET / Bölgələrdə Ulu Öndərin xatirəsi anılır

Bölgələrdə Ulu Öndərin xatirəsi anılır

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü münasibəti ilə Şəki Şəhər İcra Hakimiyyətində təşkil olunan tədbirdə ulu öndərin Azərbaycan xalqı qarşısında qarşında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs olunub. Çıxış edənlər Heydər Əliyevin hələ SSRİ dövründə hakimiyyətdə olduğu illərdə bir sıra sahələrdə yerli kadrların yaradılması üçün gösətərdiyi səylərdən danışıblar. Qeyd olunub ki, ulu öndər bu uzaq görən siyasəti sayəsində müasir Azərbaycan dövləti üçün müxtəlif ixtisaslı kadrlar yetişdirib. Heydər Əliyevin gənclərə hər zaman önəm verdiyi xüsusi vurğulanıb. Azərbaycan dövlətinin gələcəyinin məhz gənclərin əlində olduğunu qeyd edib. Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK