Qadin.NET / AMEA-nın 14 institutunun direktorunun səlahiyyət müddəti bitdi

AMEA-nın 14 institutunun direktorunun səlahiyyət müddəti bitdi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 institutunun direktorunun səlahiyyət müddəti bitib. Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın akademik katibi Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, AMEA-nın 10 institut direktorunun səlahiyyət müddəti bitməyib. 8 institut direktoru isə bu vəzifədə əvəzedici kimi çalışır. Ümumilikdə 24 direktor vəzifəsi üzrə seçki keçirilməlidir. AMEA prezidenti Akif Əlizadə isə çıxışında deyib ki, direktor vəzifələri üzrə seçkilər keçirilməmişdən əvvəl Akademiyanın bölmələri institutlarda struktur dəyişikliklərinin aparılması ilə bağlı təkliflər verməlidirlər. Bu təkliflər geniş müzakirə edildikdən sonra seçkilərin keçirilməsi barədə elan verilməlidir.
Mənbə: Milli.Az

 

11 dekabr 2013
GO BACK