Qadin.NET / Qeyri-iş günlərinin sayı artırıldı

Qeyri-iş günlərinin sayı artırıldı

 

Dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli“Qafqazinfo”ya bildirib ki, qərara əsasən, dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq. Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar. 
Mənbə: Milli.Az

 

11 dekabr 2013
GO BACK