Qadin.NET / İlin ən böyük səma şousu: dilək tutubsunuz?

İlin ən böyük səma şousu: dilək tutubsunuz?

 

Səmada ilin ən böyük və son "şou"su adlandırılan olaya az qalıb. Dekabrın 13-dən 14-nə keçəcək gecədə səmada "geminidlər" ("Ekizlər") meteorit yağışı olacaq. Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) verilən məlumata görə, geminidlər axını avqust ayındakı perseidlər "yağışı" ilə müqayisə oluna bilər. Fəqət, geminidlərlə perseidlər arasında fərqlər var. Belə ki, geminidlər daha aşağı sürətlə hərəkət edir, özlərindən sonra sarı rəngli quyruq izləri qoymurlar. Geminidlərin daha bir xüsusiyyəti odur ki, onlar qrup şəklində uçurlar. Geminidlər "Gemini" (Əkizlər) bürcündən vizual olaraq Yerə tərəf hərəkət edən meteor yağışıdır. Geminidlərlə bağlı alimlər arasında mübahisələr səngitmir. Bir zamanlar onlar sonradan Fayton asteroidinə çevrilmiş kometanın qalıqları sayılırdılar. Lakin Faytonla bağlı aparılan müşahidələr bu versiyanı təsdiqləmədi. Çünki həmin asteroiddə heç bir komet quyruğu izi tapılmadı. Maraqlıdır ki, illər keçdikcə, Yerdən görünən geminidlər axını daha da güclənir. Bunun səbəbi axına Yupiterin cazibə qüvvəsinin təsiridir. Dekabrın 13-dən 14-də keçən gecə səmada saatda 120-yə yaxın meteor qalığı, yəni geminid görmək olacaq. İnanclara görə, belə vaxtlarda tutulan diləklər çin olur.
Mənbə: Milli.Az

 

11 dekabr 2013
GO BACK