Qadin.NET / Genetik modifikasiya olunmuş məhsullar

Genetik modifikasiya olunmuş məhsullar

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu genetik modifikasiya olunmuş məhsulları müəyyən edən metodika hazırlayıb. Trend-in məlumatına görə, bunu İnstitutun şöbə müdiri Mehrac AbbasovAMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda belə bir metodika olmayıb. Artıq bu metodikanın tətbiqi məqsədi ilə cihazlar da alınıb. İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, genetik modifikasiya olunmuş məhsullar bioloji müxtəlifliyimizi təhlükə qarşısında qoyur və sonsuzluq halları yaradır. Buna görə də bunun qarşısını alan mexanizm hazırlanmalıdır.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK