Qadin.NET / Kriştianu Ronaldu: "Yaman utanıram"

Kriştianu Ronaldu: "Yaman utanıram"

 

"Komanda olaraq meydanda çox yaxşı idik. Bu matçın mənim üçün ayrı bir önəmi var idi. Çünki Çempionlar Liqasında rekord qırdım".Milli.Az Qol.az-a istinadən bildirir ki, bu sözləri "Real"ın (Madrid) futbolçusuKriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyundan (2:0) sonra deyib.ÇL-in qrup mərhələsində 9 qol vuraraq rekord qıran portuqaliyalı hücumçu bu səbəbdən özünü çox yaxşı hiss etdiyini bildirib: "Bu gün bunu bacarmağı çox istəyirdim. Komandanın qazanması üçün vurulan bütün qollar önəmli idi.K.Ronaldu son olaraq "Kopenhagen"lə qarşılaşmada oynadığı ot örtüyündən şikayətlənib: "Belə bir meydanda futbol oynadığım üçün utanc hissi keçirirəm".

 

Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK