İnsanın xasiyyətini qısa müddət ərzində hansı rəng tipinə aid olmasını müəyyələşdirməklə bilmək olar. Belə ki, bütün insanlar 4 rəng tipinə bölünür: sarı, mavi, qırmızı və yaşıl.Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, bir insanda müxtəlif rəng tipinin xüsusiyyətləri müşahidə olunur: "Lakin bu rənglərdən biri digərlərini üstələyir. Sarı rəng tipinə aid olanlar daha çox başqaları üçün çalışırlar. Onlar ətrafdakı insanlara kömək etməyə can atır, özlərinin isə qayğısına qalmırlar. Onlar hamıya qarşı diqqətli olduğu və hamıya kömək etdiyi üçün onları çox sevirlər. Bu cür insanlar çox mehribandır və onlarla ünsiyyət xoş təəssürat bağışlayır. Onlar başqalarını qucaqlamağı, nəvaziş göstərməyi xoşlayırlar. Salamlaşarkən qucaqlayır və gülürlər. Nadir hallarda kiminsə belə adamlardan xoşu gəlmir".Onlar adətən sosial və xidmət göstərilən sahələrdə işləyir, uşaq baxçasında müəllim, tibb bacısı, psixoloq, satıcı kimi çalışırlar. Onlar diqqət mərkəzində olmağı xoşlamır, harasa gedəndə arxada oturur və kölgədə olmağı üstün tuturlar. Lakin onlardan lider olanlar da olur. Belə ki, xasiyyətlərinə görə, onlar insanları cəlb edirlər. Onlar çox səmimi olur, işçilərinə əmr vermir, mehribanlığı ilə işçilərinin rəğbətini qazana bilirlər. Nə iləsə məşğul olduqda daha çox işin insanlara nə qədər xeyir verəcəyini düşünürlər. Onları maddiyyat elə də maraqlandırmır.E.Bağırova bildirib ki, sarı rəng tipinə aid olan insanlar qonaq qəbul etməyi sevir, yaxşı süfrə açır, çox ailəcanlı kişilər və ya evdar xanımlar olurlar. "Hansısa bir yığıncaqda kiməsə stul, çay, kofe, qaşıq və s. çatışmayanda tez gətirir və ya təşkil edirlər. Onlar, həqiqətən də, insanlara kömək etmək istəyirlər", - deyən Bağırova əlavə edib ki, bütün şəxslərin həm müsbət, həm də mənfi cəhətləri var. Sarı rəng tipinə aid olanlar xoş təəssürat yaratsalar da, onların da mənfi cəhətləri olur. Belə ki, "sarılar" öz fikrinə başqalarını inandıra bilmirlər. Bununla da qarşıdakı insanda qərarsız insan təəssüratı oyadırlar. Onlar sadə məsələlərə görə, müstəqil fikrini deməyə çəkinir və özlərinin yerinə başqalrına qərar verməyə icazə verirlər. Məsələn, "Nə sifariş edəcəksiz?", "Harada yemək yeyəcəksiz?" kimi suallara onlar "Bəs, sən nə yeyəcəksən və ya hara getmək istəyirsən?" deyirlər. Onlar öz verdikləri qərarla başqasının rahatlığını poza biləcəyindən ehtiyat etdiyi üçün belə cavab verirlər. Hər zaman qarşısındakının məmnun olmasını daha üstün tuturlar. Bu cür xüsusiyyətlərinə görə, başqaları ilə asan dil tapsalar da, özləri ikinci plana keçir. Bəzi insanları isə onların qərarsız olması və müstəqil fikir yürüdə bilməməsi əsəbləşdirir.Mavi rəng tipinə aid olanlar isə şən olur və əylənməyi, səyahət etməyi çox sevirlər. Onlar həyatlarında yeniliklər etməyə, yeni insanlarla tanış olmağa can atırlar. Psixoloqun dediyinə görə, belə adamlar tanımadığı insanla belə rahat ünsiyyət qururlar. "Çox danışan olur, səhər yuxudan durandan gecə yatana qədər danışırlar. Bu səbəbdən də heç vaxt heç kimə qulaq asmırlar. Onlar çox sürətlə düşünür, bu səbəbdən də astagəl insanları, ümumiyyətlə dinləyə bilmirlər. Çox vaxt belə adamlar ünsiyyət zamanı qarşıdakının demək istədiyi cümlənin davamını özləri deyib bitirirlər. Belə adamlarla danışanlar dinlənilmədiyini anlamalı və cümlələrini daha konkret və qısa qurmalıdırlar. Onlar diqqətsiz olur və uzun müddət bir şeyi diqqətlə təhlil edə bilmirlər. Bu cür insanlar daim ünsiyyət qurmağa ehtiyac duyurlar. Amma qarşıdakı insanlara çox vaxt onlar maraqsız gəlirlər. Belə ki, özləri çox danışaraq ətrafındakı insanlara söz belə deməyə imkan vermirlər".Mavi rəng tipinə aid olan insanların müsbət cəhətləri isə tanımadığı insanla rahat ünsiyyət qura bilməsidir. Mənfi cəhətləri isə, ümumiyyətlə dinləmək qabiliyyətlərinin olmamasıdır. Belə adamlar harasa gedəndə oturmağa yer axtaranda elə yer seçirlər ki, ətraflarında çoxlu adam əyləşsin. "Məsələn, bu, ətrafında çoxlu adamın əyləşdiyi və bir yerin boş qaldığı stol ola bilər. Belə ki, burada onlar çoxlu adamlarla danışa bilərlər. Onlar yeni tanışlıqlara can atsalar da, çox sürətlə düşünür və yeni tanışlarını tez bir zamanda unudurlar. Zəng etməyə söz versələr də, zəng etmirlər".
Qırmızı rəng tipinə aid olanlarsa, idarə etməyi sevir və rəhbər olmağa üstünlük verirlər. Müsahibimizin bildirir ki, belə şəxslər təşkilatçılıq işini də yaxşı bacarırlar. Belə adamlar çox vaxt siyasətçi, müdir, təşkilat rəhbəri və ya menecer olurlar. "Onlar göstəriş verməyi və insanları özlərinə tabe etməyi xoşlayırlar. Daim pul haqqında düşünürlər. Hansısa bir işlə məşğul olduqda fəaliyyət növü və ya məhsul onları maraqlandırmır, onlar sadəcə maddi gəlirin olmasını istəyirlər. "Qırmızılar" təşkilatçılıq işini yaxşı bacarır, lakin başqalarının məsləhətlərinə qulaq asmağı sevmirlər. Belə ki, onlar özləri nə etməli olduqlarını planlaşdırırlar".E.Bağırovanın sözlərinə görə, yaşıl rəng tipindən olanlarda digərlərinə nisbətən müsbət cəhətlər daha çoxdur: "Belə adamlar mühəndis, mühasib, alim və s. olurlar. Onlar ağıllı olsalar da, harizmasız insanlardır. Çoxları onlarla darıxır. Qərar qəbul edərkən onlar çox düşünür, bütün faktları təhlil edirlər. Hər şeyi ölçüb-biçir və planlaşdırırlar. Onlar gözlənilməz qərar vermirlər".
Mənbə: Milli.AZ