10-cu FIFA klublararası Dünya çempionatına start verilir.Milli.Az Fanat.az-a istinadən bildirir ki, ilk dəfə 2000-ci ildə Braziliyada keçirilən turnirə bu dəfə bu gün Mərakeşdə başlayacaq.Turnirə həmişəki kimi 6 konfederasiyanın (Avropa, Afrika, Asiya Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri, Cənubi Amerika, Okeaniya) keçirdiyi klub səviyyəsindəki çempionatların qalibləri qatılacaq."Mərakeş" (45240) və "Adrar" (45480) stadionlarında oynanılacaq turnirə meydan sahibi "Raja" (Mərakeş), Afrikadan "Əl-Əhli" (Misir), Asiyadaq "Quanqzou Evergrande" (Çin), Avropadan "Bavariya" (Almaniya), Cənubi Amerikadan "Atletiko Mineyro" (Braziliya), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrindən "Monterrey" (Meksika), Okeaniyadan isə "Aukkland" (Yeni Zellandiya) klubları qatılacaq.Turnirdə iştirak edəcək 6 klub 30 ölkədən olan ümumilikdə 160 futbolçunun adını sifariş ərizəsinə salıb. FIFA yarışda ilk dəfə 2013-cü il Konfederasiyalar Kubokunda tətbiq olunmağa başlayan qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən GoalControl" sistemindən istifadə edəcək. Bu sistem meydanın ətrafında yerləşdirilən 14 ədəd yüksək sürətli kamera vasitəsi ilə işləyir. Həmçinin hakimlər cərimə zərbələri zamanı baraj məsafəsini müəyyənləşdirmək üçün "itən köpük boya"dan istifadə edəcək. Bu boya meydana vurulduqdan minimum 45 saniyə, maksimum 2 dəqiqə sonra silinir.Bu gün Bakı vaxtı ilə saat 23:30-də play-off matçına start veriləcək. Bu qarşılaşmada "Raja" və "Aukkland" qarşılaşacaq. Matçın qalibi 14 dekabrda keçiriləcək 1/4 finalda "Monterrey"lə üz-üzə gələcək:
Play-off
11 dekabr
23.30 Raja - Aukkland
1/4 final
14 dekabr
20.00 Quanqzou Evergrande - Əl-Əhli
23.30 Raja//Aukkland Monterrey
Yarım final
17 dekabr
23.30 Quanqzou Evergrande//Əl-Əhli - Bavariy
23.30 Raja-Aukkland//Monterrey - Atletiko Mineyro
Üçüncü yer uğrunda oyun
21 dekabr, saat 20.30
Final
21 dekabr, saat 23.30)
FIFA klublararası dünya çempionatından məqamlar* İlk dəfə 200-ci ildə Braziliyada keçirilən FIFA klublararası dünya çempionatının finalında ev sahiblərinin iki komandası "Korintians" və "Vasko da Qama" qarşılaşıb. "Korintians" əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatan matçı penalti seriyasında qazanaraq (4:3) turnirin ilk qalibi olub.* İkinci yarışın 2001-ci ildə 12 komanda arasında İspaniyada keçirilməsi planlaşdırılırdı. Martın 6-da püşkatma mərasimi keçirilsə də, mayın 18-də turnir ləğv olunmuşdu. FIFA-nın marketinq tərəfdaşlarından olan "International Sport and Leisure" şirkətinin iflası başda olmaqla bir sıra səbəblər üzündən təxirə salınan turnir 2005-ci ildək keçiriməyib.* FIFA klublararası dünya çempionatı 2005-ci ildə bərpa olunub. Həmin il Yaponiyanın ev sahibliyi etdiyi yarışın finalında UEFA Kubokunu qazanan "Liverpul"u Mineyronun 27-ci dəqiqəsində vurduğu qolla 1:0 hesabı ilə yenən "San Paulo" (Braziliya) çempion olmuşdu.* 2005-ci ildən mütəmadi olaraq düzənlənən yarışı 2006-cı ildə Braziliyanın başqa bir təmsilçisi "Internacional" qazanıb və daha sonra ardıcıl 5 dəfə Avropa klubları qalib adına sahib çıxıb. Bu müddətdə "Milan" (2007), "Mançester Yunayted" (2008), "Barselona" (2009), "İnter" (2010) və yenidən "Barselona" (2011) kuboku muzeyinə aparıb.* Ötən ilki finalda "Çelsi"ni Paolo Querreronun vurduğu qolla 1:0 hesablı qələbə qazanan Braziliya "Korintians" kuboku yenidən Cənubi Amerikaya aparıb.
* 9 dəfə keçirilən turnirinin qalibi adını ən çox "Barselona" (2009, 2011) və "Korintians" (2000, 2012) qazanıb - 2 dəfə.
* Ən uğurlu ölkələr siyahısına Braziliya başçılıq edir. "Sambaçılar" 4 dəfə çempion olub və daha iki dəfə finalda uduzub. "Barselona"nı iki çempionluğu olan İspaniya və İtaliya klubları izləyir.* FIFA klublararası dünya çempionatında ən çox qol vuran futbolçular siyahısına 4 qolla misirli Məhəmməd Ebutrika, braziliyalı Denilson və argentinalı Lionel Messi başçılıq edir. 2005, 2006, 2008 və 2012-dən sonra 5-ci dəfə qatılacağı turnirdə karyerasının son matçlarına çıxacaq Ebutrika 2006-da 3, 2012-də 1 qol vurub. Bu il turnirdə iştirak etməyəcək Denilson 4 qolun hamısını 2009-cu ildə rəqib qapılarından keçirib. Son 4 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Messi isə "Barselona"nın çempion olduğu 2009 və 2011-ci illərdə 2 qola imza atıb.
Mənbə: Milli.Az