"Oktyabr ayında qəbul olunmuş Təhsilin İnkişafı dövlət strategiyası elektron dərsliklərin tətbiq olunmasını nəzərdə tutur. Bu layihə yaxın gələcəkdə reallaşmağa başlayacaq. Dövlətimiz bu sahədə xarici ölkələrin təcrübəsini nəzərə alır. Ola bilər ki, ilkin mərhələdə pilot layihələr həyata keçirilsin. Əgər gözlənilən nəticələr olsa, kütləvi şəkildə tətbiq olunacaq". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu sözləri "РС…Рѕ" qəzetinə İKT informasiya mərkəzinin direktoru Fərid Kazımov bildirib. Onun sözlərinə görə, bu, iqtisadi cəhətdən də sərfəlidir.
Mənbə: Milli.Az