Amerikalı fotoqraf Keti Holl hamiləlik zamanı qadınların hiss etdikləri problemlər, çətinliklər və ağrılara kişilərin diqqətini cəlb etmək üçün yeni fotosessiya hazırlayıb.Fotosessiyaya toplanmış fotolar sonradan təqvimə çevrilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Viskonsin ştatındakı Resin bölgəsində yaşayan on kişinin "hamilə" fotolarından ibarət "Homebirth Dads Calendar" təqvimi maraqlı, incə yumorlu alınıb."Xanımların hamiləlik zamanı məruz qaldıqları çətinlikləri və naqolay situasiyaları, habelə onların çəkdikləri ağrıları biz bilmirik. Onlardan kişilərin də xəbər tutmalarını istədim. Fotosessiya zamanı ən çətin məqam "model"lərin ciddi durmaları idi. Çünki xanımları hamilə olan kişilərin hamısı "hamilə" durumda gülür, qımışırdılar. Hətta şaqqanaq çəkənləri də vardı. Amma onlar razılaşdılar, çünki hamilə xanımlarının nələr hiss etmələrini anlamaq istəyirdilər", - Keti Holl bildirib.
Mənbə: Milli.Az