Baş məşqçi Fatih Terimin göndərilməsindən sonra “Qalatasaray”dan ayrılan fiziki hazırlıq üzrə mütəxəssis Skott Piri digər Türkiyə klubu “Trabzonspor”a keçir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, artıq Qara dəniz təmsilçisi bu barədə baş məşqçisi Mustafa Akçayın da razılığını alıb. Məlumatlara görə ABŞ-lı məşqçi yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq. Qeyd edək ki, Piri yaxın günlərdə “Trabzonspor”dakı vəzifəsindən istefa verən fiziki hazırlıq üzrə mütəxəssis Alper Boğuşlunun yerinə gətirilir.
Mənbə: Milli.Az