Ötən gün Türkiyə Kütahya vilayətinin Dumlupınar rayonundakı Atatürk heykəli sökülərək aparılıb. Anspress “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, heykəltəraşFilinta Önal pulunu ala bilmədiyi üçün hökumət evinin qarşısındakı heykəli apardığını deyib.ələdiyyədə qazandığı tenderin pulunu ala bilmədiyini deyən Önal sifariş etməsinə baxmayaraq bələdiyyənin heykəlin pulunuda vermədiyini qeyd edib.Heykəli yenidən öz emalatxanasına apardığını deyən Filinta Önal bu abidəni qiymətini bilən və dəyərini ödəyəcək birinə verəcəklərini vurğulayıb.
Mənbə: Milli.Az