Qadin.NET / Nyu York uçan tarakanların hücumuna məruz qaldı

Nyu York uçan tarakanların hücumuna məruz qaldı

 

ABŞ-ın böyük şəhərlərindən olan Nyu York uçan tarakanların hücumuna məruz qalıb. Anspress-in xəbərinə görə, bu böcəklər xüsusilə Nyu Yorkun Manhetten rayonunda sakinlər üçün təhlükə mənbəyinə çevrilib.Nyu York bələdiyyəsinin uçan tarakanları tələf etmək cəhdləri isə heç bir nəticə verməyib. Qorxulu böcəklərin Nyu Yorka “Central Park”da yaradılması planlaşdırılan Asiya parkı üçün gətirilən torpaqla birlikdə gəldiyi güman olunur.“Rutgers” universitetinin entomoloqları “Periplaneta japonica” adlı böcəklərin daha əvvəl ABŞ hüdudları daxilində görülmədiyini bildirib, həmçinin isti iqlimdə yaşayan bu canlıların dondurucu soyuğa da adaptasiya olduğunu vurğulayıblar.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK