Qadin.NET / "Fənərbağça"nın əfsanəsi qayıdır

"Fənərbağça"nın əfsanəsi qayıdır

 

Klubu “Koritiba”nın prezidenti ilə arası dəyən Aleks de Souza ilə bağlı maraqlı iddialar gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçinin “Palmeyras”dan sabiq komanda yoldaşı Zinyoonun yenidən “Fənərbağça”ya qayıdacağını deyib. Hazırda “Santos”da menecer işləyən Zinyo bu barədə ölkəsi Braziliyanın “Radio Estadao” radiosuna danışıb: 37 yaşına gəlmiş Aleksin Türkiyəyə futbolçu olaraq qayıtması çox çətindir. O da mənim kimi, bir vəzifəni icra edəcək. Aleksin Türkiyə üçün çox darıxdığını bilirəm. O, tək qayıtmayacaq, “Fənərbağça”nın transfer etmək istədiyiQansonu da özü ilə aparacaq”.Qeyd edək ki, 2004-2012-ci illər ərzində Türkiyə təmsilçisi “Fənərbağça”da çıxış etmiş de Souza hazırda ölkəsi Braziliyanın “Koritiba” klubunun şərəfini qoruyur.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK