Madrid “Real"ının ulduz futbolçusu Kriştianu Ronaldu daha bir rekord qırıb. Apasport.az saytının məlumatına görə, “Kopenhagen”lə oyunda rəqib qapısından bir top keçirən və qollarının sayını 9-a çatdıran portuqaliyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup matçlarında ən çox qol vuran futbolçu olub. Qeyd edək ki, Ronaldudan sonra qrup oyunlarında ən çox fərqlənən futbolçular 8 qolla Zlatan İbrahimoviç (PSJ), Flippo İnzaqi, Rud van Nisterloy və Hernan Krespodur (Sabiq futbolçular).
Mənbə: Milli.Az