Qadin.NET / Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün şərtlərini irəli sürdü

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün şərtlərini irəli sürdü

 

Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün ötən gün Müstəqillik meydanında öz şərtlərini açıqlayıb. “Danışıqlara başlamaq üçün saxlanılan etirazçıların azadlığa buraxılması, DİN rəhbəri Vitali Zaxarçenkonun istefaya getməsi və daxili qoşunların əsgərlərinin kazarmalara qaytarılması gərəkdir. Bu tələblər yerinə yetirildikdən sonra müxalifət liderləri hakimiyyətlə danışıqlara başlaya bilər”. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın keçmiş DİN rəhbəri Yuri Lutsenko bəyan edib.Yuri Lutsenkonun sözlərinə görə, danışıqlarda söhbət müvəqqəti hökumətin formalaşması, parlament və prezident seçkilərinə hazırlıq barədə getməlidir.Dekabrın 11-də “Ukrayna” sarayında Ukraynanın birinci prezidenti Leonid Kravçukun təşəbbüsü ilə müxalifət və hakimiyyət nümayəndələri arasında “dəyirmi masa”nın keçirilməsi planlaşdırılıb. 
Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK