Qadin.NET / Rəsmi Tehran İsraili şoka saldı

Rəsmi Tehran İsraili şoka saldı

 

“İranın sionist rejim barədə mövqeyində və fikirlərində heç bir dəyişiklik olmayacaq”. Anspress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin məruzəçisi Mərziyə Əfhəm deyib.Əfhəm Fələstin torpaqlarını işğal edən sionist rejimin qurduğu İsrail dövlətinin qeyri-leqal olduğunu deyib.“Belə açıqlamalar təcrid olunmuş ölkələrin özlərini reklam etmək cəhdidir. Bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Sionist rejim İslam ölkələrində ictimaiyyətə təsir etməyə çalışır. Bölgə əhalisi belə ədəbiyyatların təsirində qalmayacaq qədər ağıllıdır. Biz dünya xalqlarına bu rejimin açıqlamalarını ciddi qəbul etməməyi və təsirinə düşməməyi məsləhət görürük”.Qeyd edək ki, bir neçə gün əvvəl İsrailin prezidenti Şimon Peres paytaxt Tel-Əvivdə keçirdiyi konfransda iranlı həmkarı Həsən Ruhani ilə görüşə hazır olduğunu və İranı düşmən kimi görmədiyini demişdi.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK