ABŞ prezidenti Barak Obama, Britaniyanın baş naziri Devid Kemeron və Danimrkanın baş naziri Helle Torninq-Şmitt Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandela ilə vida mərasimində özlərini telefonla çəkiblər.
Milli.Az ABC-yə istinadən bildirir ki, üç lider tribunada yanaşı oturarkən "selfie", yəni "özünü çəkmək" stili ilə foto çəkərək anı "əbədiyyələşdirmək" istəyən Helle Torninq-Şmittin xahişini yerə salmayıblar.Danimarkanın baş naziri özünü Barak Obama ilə yanaşı çəkilməyə çalışanda Birləşmiş Ştatların prezidenti smartfonu sazlamaqda ona yardım edib.
Barak Obamanın yanında oturmuş Mişel Obama isə baş verənləri çox soyuq laqeydliklə izləyib.
Mənbə: Milli.Az