Qadin.NET / Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 11 dekabr 2013

Hicri: 07 Səfər 1435
İlin 345-ci günü
İlin sonuna 20 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.36 
Günəş - 07.52 
Zöhr - 12.37 
Əsr - 15.18 
Məğrib - 17.30 
İşa - 18.51
1901 — Birləşmiş Krallıqda tarixdə ilk dəfə olaraq stolüstü tennis turniri keçirilib
1913 — Aktyor Jan Mare dünyaya gəlib. 
1918 — Azərbaycanın xalq yazıçısı Bayram Bayramov anadan olub. 
1918 — Sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın anadan olub. 
1922 — Dağlıq Qarabağ vilayət partiya komitəsinin tərkibi təsdiq edilib
1941 — ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib
1946 — UNİSEF təşkil edilib
1949 — BMT Fələstin mühacirlərinin doğma torpaqlarına qayıtmaq hüququnu tanıdı
1967 — İlk səsdən iti mülki layner “Concorde”un təqdimatı keçirilib
1970 — Aktrisa və model Viktoriya Faller dünyaya gəlib. 
1988 — Ermənistandakı zəlzələ (7 dekabr) zonasına azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl 76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.
1991 — Azərbaycan Respublikasının müstəqilliyi Rumıniya tərəfindən tanınmışdır.
1994 — Rus qoşunu Çeçenistana soxulub. Birinci Çeçenistan Müharibəsi başlayıb
1997 — Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb
2001 — Çin rəsmən Ümumdünya Ticarət Təşkilatına üzv olub
2003 — Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.
Bu gün Uşaqların Beynəlxalq televiziya və radio verlişləri günüdür. 
Bu gün Beynəlxalq “Dağ” günüdür.

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK