Qadin.NET / "Radikal müxalifət son 20 il ərzində inkişaf etməyib"

"Radikal müxalifət son 20 il ərzində inkişaf etməyib"

 

“Radikal müxalifət son 20 il ərzində inkişaf etməyib. Oxumayıblar, öyrənməyiblər. Bircə Məmməd Əmin Rəsulzadəni dəstəvuz eləyiblər əllərində. Onu da artıq hörmətdən salırlar”.Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.“İndi radikal müxalifətdə olan şəxslər Milli Azadlıq hərəkatı başlayanda kiçik elmi işçilər idilər. “Varyonka" şalvarda gəzirdilər, "Avrora" siqareti çəkirdilər. Xalq Cəbhəsi dövründə onlar yaxşı danışa bildiklərinə görə ortaya çıxdılar. Bizim xalqımız da beyni ilə yox, qulağı ilə sevir. Beləcə, xalqın rəğbətini qazandılar. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər və xalqı bədbəxtliyə yönəltdilər. Bunlar bir dəfə hakimiyyətin dadına baxıblar və xalqı vətəndaş müharibəsi təhlükəsi qarşısında qoyub qaçıblar. İndi “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar”, - o əlavə edib.Partiya sədrinin sözlərinə görə, radikal müxalifət mitinqdən başqa siyasi mübarizə üsulu tanımır. O, iddia edir ki, mitinq texnologiyalarını müxalifətçilər ondan öyrəniblər.“Bunlar mitinqdən başqa mübarizə yolu tanımırlar. Mitinqi də məndən öyrəniblər. Çünki Azərbaycan tarixində ilk mitinqi 16 may 1988-ci il tarixində mən keçirmişdim”.Əlizadə deyib ki, mitinq yalnız xalqın dəstəyi olduğu zaman effektli olur. 1988-ci ildə mitinqlər xalqın dəstəyinə görə effektli olurdu. Bununla belə, xalq hansısa liderin sözünə görə deyil, Qarabağ sevgisinə görə meydanlara toplaşırdı.“O vaxt xalq mənim arxamda durmurdu, Əbülfəz Elçibəyin arxasında durmurdu. O zaman xalq Qarabağ məhəbbəti ilə meydanlara gəlirdi. İndi bunlar Qarabağı unudublar. Bir dənə sözləri var ki, hakimiyyətə gələk. İndiyə qədər bir proqram da ortaya qoymayıblar. Prezident seçkilərində də 9-cu sinif şagirdinin yazacağı bir inşa kimi proqram göstərdilər”, - Əlizadə vurğulayıb.
Mənbə: Milli.Az
11 dekabr 2013
GO BACK