Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən və qar yağışı səbəbindən yarımçıq dayandırılan “Qalatasaray” – “Yuventus” qarşılaşması ilə bağlı UEFA qərarını açıqlayıb. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.Qeyd edək ki, İstanbulda keçirilən matçın 30-cu dəqiqəsində 20 dəqiqəlik fasilə verən və meydançanın qardan təmizlənməsini istəyən baş hakim sonra oyunu təxirə salmışdı.
Mənbə: Milli.Az