Qadin.NET / Müstəqillik də bu bəladan qurtarmadı

Müstəqillik də bu bəladan qurtarmadı

 

Sumqayıtda sovet dövründən yaranmış problem hələ də şəhər sakinlərini narahat edir. Emin adlı Sumqayıt sakini Milli.Az-a yazır ki, Sumqayıt səhər tezdən tüstü-dumana qərq olur. Bərk tullantılar poliqonuna necə od vururlarsa, alov doqquzmərtəbə hündürlüyünə kimi qalxır. “Haradasa saat 10:30 radələrində başlayan tüstü bütün Sumqayıt və ona yaxın əraziləri rəzil günə salır. Poliqonun tüstüsündən hətta avtomobilin dumana qarşı işıqları ilə yolun bir metrliyini görmək mümkün deyil. Niyə camaatı müxtəlif xəstəliklərə sala biləcək problemi aradan qaldırmırlar?” - deyə oxucu yazır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a bildirdi ki, məsələ ilə bağlı Ətraf mühitin Mühafizəsi Departamenti məlumatlandırılıb. Departamentin əməkdaşları əraziyə gedərək araşdırma aparacaqlar və nəticəsi barədə ətraflı məlumat veriləcək.

 

Mənbə: Milli.Az

11 dekabr 2013
GO BACK